Saytımızı qiymətləndirin


 
 

Sahibə Qafarova: "Xocalı soyqırımına göz yumanların saxta “soyqırımı” iddaları təəssüf doğurur"
Tarix: 27-04-2021 | Saat: 11:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sahibə Qafarova: Xocalı soyqırımına göz yumanların saxta “soyqırımı” iddaları təəssüf doğurur

Sahibə Qafarova

“Tarixi faktlar, sənədlər sübut edir ki, ermənilərin kütləvi şəkildə məhv edilməsi halları cəfəngiyatdan başqa bir şey deyil. Bir çox alimlərin araşdırmaları da bunu sübut edib”.

Qarabaginfo.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclis sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Anadolu və Cənubi Qafqaz ərazisində ermənilər tərəfindən soyqırım əməlləri həyata keçirilib: “Əslində soyqırım baş verib. Bunun müəllifləri ermənilər, qurbanları isə türklər, azərbaycanlılar və digərləri olub. Düşünürəm ki, Xocalı soyqırımı kimi fakta göz yumanların saxta “soyqırımı” iddiaları səsləndirməsi təəssüf doğurur. Avropa İnsan Hüquqları Məhkəməsi təsdiq edib ki, “erməni soyqırımı”ifadəsi tarixi fakt deyil, sadəcə fikirdir”.

S.Qafarova bildirib ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır: “Uydurma “erməni soyqırımı” üzərindən Türkiyəyə qarşı yönələn kampaniyada da ölkəmiz Türkiyənin yanındadır”. (Report)



Xəbəri paylaş

1327 dəfə oxunub.

Digər xəbərlər
11-09-2020, 12:49 Bakı metrosu açılır