Saytımızı qiymətləndirin


 
 

“Masdar” Ələt yaxınlığında GES-in istismara veriləcəyi vaxtı açıqlayıb
Tarix: 05-02-2022 | Saat: 11:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Masdar” Ələt yaxınlığında GES-in istismara veriləcəyi vaxtı açıqlayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin yaxınlığında günəş elektrik stansiyasının (GES) istismara veriləcəyi vaxtı açıqlayıb. 

Qarabaginfo.az bildirir ki, bununla bağlı "Report"a şirkətin Baş direktoru Məhəmməd Cəmil Əl-Rəmahi açıqlama verib. 

"230 MVt gücündə stansiyanın tikintisinə gələn ay başlanılacaq və bundan 18 ay sonra obyekt istismara veriləcək. Tikinti layihəsi qrafik üzrə və uğurla davam etdirilir”, - o deyib.

“Masdar” Yaxın Şərqdə bərpa olunan enerji mənbələrinin işlənməsi sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən biridir. Ötən ilin aprel ayında Azərbaycan hökuməti ilə şirkət arasında GES-in tikintisi haqqında müqavilə imzalanıb. Layihənin dəyəri təxminən, 200 milyon ABŞ dollarıdır.



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər