Saytımızı qiymətləndirin


 
 

Arpin Davoyan: "Robert Koçaryan prezidentliyi dövründə Meğrini Azərbaycana təslim etməyə çalışıb" - MÖVQE
Tarix: 19-11-2021 | Saat: 13:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Arpin Davoyan: “Robert Koçaryan prezidentliyi dövründə Meğrini Azərbaycana təslim etməyə çalışıb” – MÖVQE

 

Ermənistanın millət vəkili Arpin Davoyan “Robert Koçaryan prezidentliyi dövründə Meğrini Azərbaycana təslim etməyə çalışıb” fikirləri ilə ittiham edib.

Politoloq Qaqik Abramyan isə bu fikirlərinə görə Arpin Davoyanı sərt tənqid edib.

Qaqik Abramyan, politoloq

Qarabaginfo.az KONKRET.az-a istinadən xəbər verir ki, siyasi şərhçi özünün facebook səhifəsində vurğulayıb ki, Robert Koçaryanı müdafiə etmək fikrində olmasa da, Arpin Davoyanı bu sözlərinə görə cahil adlandırıb. O qeyd edib ki, Davoyan özünün primitiv və axmaq tezisləri ilə gündəmə gəlib, saxtakarlıq və manipulyasiyalarla nəyisə sübut etməyə çalışır.

O daha sonra fikirlərini belə əsaslandırıb: “Diplomatiya tarixindəki cahil Arpinə dərs verməyi, ilk növbədə danışıqlar zamanı hər şeyin müzakirə oluna biləcəyini izah etməyi lazımsız hesab edirəm… Bu tip münaqişələrin həllində qəbul olunmuş təcrübədir, hansı ki, bu cür münaqişələrin tam həlli mümkün deyil.

İkincisi, Arpin izah edə bilər ki, əgər Köçəryan Meğrini Azərbaycana təhvil vermək istəyirdisə, o zaman Bakı o şirnikləndirici hədiyyədən niyə imtina etdi… Koçoryan belə bir təklif etdisə, Heydər Əliyevin bunu qəbul etməməsi sadəcə olaraq başa düşülən deyildi.

Və reallıq budur ki, Koçoryan həmin təkliflə yanaşı elə ilkin şərtlər də qoydu ki, rəsmi Bakı Meğri dəhlizindən imtina etdi. Və Ermənistanda Arpin kimi satqınların hakimiyyətə gəlməsini gözlədi, onlar təkcə Şuşa, Hadrut və Artsaxın (oxu: Qarabağ) digər ərazilərini türklərə vermədi. Hətta Artsaxın müstəqillik ehtimalı sıfıra endi.

Ona məsləhət görərdim ki, Arpin öz səviyyəsində danışsın, məsələn, Stepanavanın striptiz klublarından danışsın, göyərçinlə uçmağı, qəhvə hazırlamağı. Onu diplomatiyadan, xüsusən də Artsax danışıqları haqqında cahil fikirlərindən uzaq durmağı məqbul hesab edirəm”.



Xəbəri paylaş

315 dəfə oxunub.

Digər xəbərlər