Saytımızı qiymətləndirin


 
 

“Moskvaya qarşı bu təbliğatın arxasında Paşinyanın adamları dayanır...”
Tarix: 04-02-2022 | Saat: 11:38
Bölmə:Karusel / Region | çapa göndər

Ötən gün fevralın 3-də ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən Ermənistanda keçirilmiş rəy sorğusunun nəticəsi açıqlanıb. Və bu sorğuya əsasən Ermənistan əhalisinin əhəmiyyətli hissəsi - 15 faizdən çoxu Rusiyanı təhdid hesab edir. Əlbəttə, Ermənistan üçün “əsas təhdidlər” olaraq Türkiyə və Azərbaycan göstərilir ki, bu da erməni ictimai rəyi üçün təəccüblü deyil. Lakin birdən birə 15 faiz rəyi soruşulanın Rusiyanı Ermənistan üçün təhdid hesab etməsi Moskva üçün əsl sürprizdir.

 

virtualaz.org xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə Duma komitəsinin sədr müavini, ənənəvi ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulin bu rəy sorğusuna münasibət bildirərkən deyib ki, Ermənistanda daxili siyasi mübarizə çərçivəsində Rusiyaya qarşı iradlar yağışdan sonra göbələk kimi artır.

Zatulinin sözlərinə görə, bütün bu iradların arxasında baş nazir Nikol Paşinyanın elektoratı olan bloqerlər və politoloqlar dayanır.

Yəni belə ittihamlar irəli sürmək dəbdədir ki, Rusiya Ermənistana “atıb”, onu dəstəkləməyib və “Ermənistana dərs vermək üçün” bütün bu baş verənləri (44 günlük müharibə və ondan sonra baş verənlər, - red.) az qala özü planlaşdırıb. Və ilk dəfədir ki, bu əhval-ruhiyyə Ermənistan əhalisi arasında əks-səda verir. Rusiyaya simpatiya orada bu cür kəskin aşağı düşür”, - Zatulin “Nakanune.ru” portalına  deyir.

 

Deputat situasiyanı “paradoksal” adlandırır: axı bu gün məhz Rusiya Qarabağ ermənilərinin özlərini qismən də olsa təhlükəsiz şəraitdə hiss etməsini təmin edir. Çünki orada Rusiya sülhməramlı kontingenti var. Ermənistanın özündə isə antirusiya əhvalı güclənir.

“Yəni eyni vaxtda bir neçə daxili münaqişə baş verir: Ermənistan erməniləri ilə Dağlıq Qarabağ erməniləri arasında münaqişə. Dağlıq Qarabağ erməniləri hesab edir ki, Ermənistan hökuməti və ümumən Ermənistan onları atıb. Ermənistanın özündə isə belə versiya inkişaf edir ki, Rusiya güvəniləsi müttəfiq deyil və bütün bunlar Türkiyə ilə yaxınlaşmaya yönəlmiş nümayişkəranə addımlar fonunda baş verir. Bu isə erməni xalqı üçün ciddi sınaqdır, kimin yaxşı, kimin pis olduğu barədə. Çünki onilliklər boyu Ermənistanda hökm sürən təsəvvürləri mütləq şəkildə sındırır”, - Konstantin Zatulin bildirir.(virtualaz.org)



Xəbəri paylaş

1313 dəfə oxunub.

Digər xəbərlər