Ramin Bayramlı universitetdəki vəzifəsindən də ayrıldı
Tarix: 24-09-2021 | Saat: 16:35
Bölmə:Karusel / Gündəm | çapa göndər
380 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-09-2021 | Saat: 16:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu ayın əvvəlində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlı Azərbaycan Tibb Universitetindəki (ATU) işindən də ayrılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.
G.Aslanova qeyd edib ki, R.Bayramlının ATU ilə bağladığı müqavilənin müddəti başa çatıb:
“Ramin Bayramlı Azərbaycan Tibb Universitetində əvəzçilik müqaviləsi əsasında çalışırdı. Yeni müqavilə üçün müraciət etməyib. Hazırda bizim işçimiz deyil”.
Xatırladaq ki, Ramin Bayramlı 2 dekabr 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmrilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilmişdi. O, 12 sentyabr 2021-ci ildə tutduğu vəzifədən istefa verib.
R.Bayramlı 20 noyabr 1979-cu ildə anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) tibbi profilaktika fakültəsini bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasında baş laborant vəzifəsində başlayıb. 2005-ci ildən kafedrada assistent, 2009-cu ildə baş müəllim, 2013-cü ildə isə dosent vəzifələrində çalışıb.
2011-2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013-2016-cı illərdə həmin Klinikanın baş həkimi vəzifələrində fəaliyyət göstərib. Talassemiya Mərkəzi publik hüquqi şəxsin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.
O, TƏBİB-ə sədrliklə yanaşı, ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində işləyirdi.
Xəbəri paylaş
Digər xəbərlər
12-02-2024, 17:22
DYP sürücülərə xəbərdarlıq etdi
16-09-2021, 12:09
Protezlə təmin olunan qazilərin sayı açıqlanıb
9-06-2026, 09:54
Bakı-Supsa neft kəməri SOCAR-ın operatorluğuna keçib
4-03-2020, 19:04
Azərbaycan İran gəmilərinin limanlara girişinə məhdudiyyət qoydu
15-08-2024, 10:28
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin təlim-məşq uçuşları keçirilib - VİDEO
8-01-2026, 09:30
“Karvan” qrupunun yaradıcısı Sevinc Kərimova vəfat edib
22-10-2021, 22:16
Telman İsmayılova Monteneqroda siyasi sığınacaq verildi
3-02-2021, 17:09
İctimai işlər növündə cəza çəkən şəxslərin elektron nəzarət vasitəsindən istifadə qaydaları təsdiqlənib













