Tarix: 29-12-2021 | Saat: 17:50
Bölmə:Karusel / Qarabağ | çapa göndər
“AMEA-nın Geologiya və Geofizika, Coğrafiya, Botanika, Zoologiya, Torpaqşünaslıq və Aqrokimya, Tarix institutlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Dövlət Universitetinin alim və mütəxəssislərinin cəlb olunduğu bir qrup kollektiv tərəfindən “Qarabağın təbii ehtiyatları atlası” (miqyas 1:770 000) hazırlanaraq çapa təqdim edilib”.
Qarabaginfo.az xəbər verir ki, bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun icraçı direktoru Dadaş Hüseynov Geologiya və Geofizika İnstitutunun və Təbiət Tarixi Muzeyinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarının müzakirəsinə həsr olunan tədbirdə deyib. O bildirib ki, yeni atlas metodiki yanaşmanın tətbiqi ilə regionun tarixi-təbii irsinin müasir vəziyyətini və inkişaf qanunauyğunluğunu özündə əks etdirir.
Digər xəbərlər