Saytımızı qiymətləndirin


 
 

Rüşvət verməyə təhrik etmədə təqsirləndirilən politoloqa hökm oxunub
Tarix: 03-02-2022 | Saat: 13:48
Bölmə:Karusel / Multimedia | çapa göndər

 

Rüşvət verməyə təhrik etmədə təqsirləndirilən politoloqa hökm oxunub
Orxan Daşdəmirli

Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sabiq sədr müavini Orxan Daşdəmirli, onun tanışı İlkin Babayevə hökm oxunub və hər iki şəxs 10 min manat cərimə edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub. Bildirilib ki, təqsirləndirilən şəxslərin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

İttiham aktına əsasən, O.Daşdəmirli ilə İ.Babayev bir nəfərdən Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən torpaq sahəsinə rəsmi çıxarış almaq vədi veriblər. Bu məqsədlə onlar vətəndaşdan 28 min manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.

Cinayət materialında qeyd edilib ki, hər iki şəxs həmçinin vətəndaşı rüşvət verməyə təhrik edib.

Xatırladaq ki, O.Daşdəmirli KİV-də politoloq qismində siyasi şərhlərlə də çıxış edir.



Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər