Saytımızı qiymətləndirin


 
 

Deputatlar Ankarada 
Tarix: 26-02-2022 | Saat: 12:22
Bölmə:Karusel / Siyasət | çapa göndər

Deputatlar Ankarada – FOTO

Qarabaginfo.az xəbər verir ki, tədbirdə “Müharibə cinayətlərinə hüquqi qiymət – Xocalıdan 44 günlük müharibə” mövzusunda seminar təşkil olunub. Seminarda Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə olan cinayətlərə beynəlxalq hüquqi qiymət verilməsi ilə bağlı müzakirələr aparılıb. Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun açılış nitqi ilə çıxış etdiyi seminarda TADİV prezidenti, Prezident Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü xanım Aygün Attarın moderatorluğu ilə panel müzakirələr keçirilib.

Panel müzakirələrdə Milli Məclisin deputatları Nizami Səfərov və Anar Məmmədov Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məruzə ilə çıxış ediblər. Onların sözlərinə görə, son iki yüz ildən artıq dövrdə ermənilərin bir neçə nəslinin Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi, nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi faciənin baş verməsinə gətirib çıxarıb. Xocalı soyqırımının təkcə Azərbaycan xalqı üçün deyil, ümumiyyətlə bəşəriyyət üçün unudulmayan bir faciə olduğunu vurğulayıblar.



Xəbəri paylaş

328 dəfə oxunub.

Digər xəbərlər
2-08-2021, 17:11 Yardımlıda meşə yanır