Saytımızı qiymətləndirin


 
 

Rövşən Rzayev: "Gənclərimiz Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində fəal iştirak edəcəklər"
Tarix: 02-02-2022 | Saat: 16:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rövşən Rzayev: Gənclərimiz Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində fəal iştirak edəcəklər

"Əminik ki, gənclərimiz Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində, Böyük qayıdışın uğurla həyata keçirilməsində də fəal iştirak edəcəklər".

Qarabaginfo.az xəbər verir ki, bunu Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

2 fevral - Gənclər Günü münasibəti ilə gəncləri təbrik edən Dövlət Komitəsinin sədri vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, yüksək təhsil alması və sağlam həyat tərzi keçirməsi üçün bütün imkanlar yaradılmışdır. Azərbaycan gəncləri dövlətimizin qayğısına cavab olaraq hər bir sahədə fəallıq göstərərək, ölkəmizin tərəqqisinə mühüm töhfələrini verməkdədirlər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan qurtaran və Azərbaycanın ərazi bütövlüyünü təmin edən rəşadətli Ordumuzun şəxsi heyətinin mütləq əksəriyyətini gənclər təşkil etmişdir. Müasir cəmiyyətimizin ən dəyərli üzvləri kimi gənclərimizin Vətən müharibəsindəki qəhrəmanlığı tarixdə əbədi yaşayacaqdır. Düşmənlərə qarşı mübarizədə fədakarlıq göstərən və həyatını qurban verən şəhid gənclərimizi bu gün rəhmətlə anır, ailələrinə səbr və dözüm diləyirik. Biz Vətən müharibəsinin iştirakçısı olan 16 əməkdaşımızla fəxr edirik.

Hazırda bizim komitənin strukturlarında işləyənlərin 42 faizini gənclər təşkil edir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki təşkilatlarda da yüzlərlə gənc çalışır. Onların hər biri bizim üçün dəyərlidir, mütləq əksəriyyəti xidməti vəziflərini məsuliyyətlə yerinə yetirir".



Xəbəri paylaş

1309 dəfə oxunub.

Digər xəbərlər