Saytımızı qiymətləndirin


 
 

Qarabağda GƏRGİNLİK: Bakı-İrəvan qarşıdurması kimlərin işinə yarayır?
Tarix: 15-10-2021 | Saat: 17:07
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 15-də Minskdə görüşdülər. Görüşdən bir neçə saat sonra Qarabağın sülhməramlıların nəzarəti altında olan hissəsindən açılan snayper atəşi ilə hərbçimiz şəhid edildi.

Beləliklə, növbəti dəfə Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə danışıqlar ərəfəsində hərbi təxribat törədildi.

 Bəs danışıqlara kölgə salan, Azərbaycanla Ermənistan arasında gərginliyi artıran bu hadisələr kimin marağındadır?

 Məsələ ilə bağlı siyasi ekspert Elman Vəliyev Qarabaqinfo.az-a danışıb.  Onun fikrincə, adətən, masa arxasında nəticə olmayan zaman cəbhə xəttində gərginlik yaransa da, son hərbi təxribatlar bu baxımdan istisna təşkil edir.

 “Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Görüşdə Azərbaycan tərəfi bir daha bəyan elədi ki, Ermənistanla münasibətləri nizamlamaq mümkündür. Görüşdən sonra tərəflər arasında yenə atəşkəs rejimi pozulub, ancaq bu çox da problem yaradacaq bir məqam deyil. Diplomatiyada  əgər tərəflər masa arxasında dialoq edərsə, ancaq diskussiyadan sonra hərb meydanı qızışarsa, bu danışıqların yaxşı getmədiyindən xəbər verir. Amma bu dəfəki atəşkəs pozuntusunu bu kateqoriyanın müəyyən istisnası kimi verə bilərik. Çünki hər iki tərəf danışıqlar aparılmasına razıdır.  Səhv etmirəmsə, Nikol Paşinyan MDB konfransından Azərbaycanla uzlaşmağın, mina xəritələrinin geri verilməsinin, kommunikasiya sistemlərinin bərpa edilə edilməsinin, hətta Azərbaycanın Naxçıvanla dəmiryolu vasitəsilə əlaqə saxlaya biləcəyinin mümkün olduğunu bildirib. Azərbaycan tərəfi də çıxış edərək Azərbaycanın ərazi bütövlüyünün tanınması qarşılığında Ermənistanla anlaşmağın mümkün olduğunu söylədi”.

 Elman Vəliyev Bakı ilə İrəvan arasında hərbi gərginlikdə Ermənistanın daxilində xaricində olan qüvvələrin, həmçinin, Rusiyanın maraqlı olacağını təxmin edir.

 

“Tərəflər arasın danışıqlar prosesləri gedir. Ancaq Ermənistana bəzi daxili və xarici təhrikçilər maneələr yardır. Tərəflər arasında danışıqların getməsini istəmir və cəbhədə tərəflər arasında nifaq salırlar.  Digər bir yandan belə hallara sülhməramlılar cavabdeh olmalıdır. Çünki onların öhdəlikləri atəşkəsi bərqərar etməkdir. Ancaq ara-sıra atəşkəsin pozulması Rusiya tərəfinin də işinə yarayır. 3 tərəfin xarici işlər nazirlərinin görüşü əsnasında Lavrovun “sülhməramlılar tərəflər arasında sabitliyin qorunmasında əllərindən gələni edirlər” deməsi də mühüm amildir. Yəni sülhməramlılar olmazsa, tərəflər arasında atışmalar güclənə bilər. Bunlara baxmayaraq zənn edirəm ki, tərəflər uzlaşma əldə edə biləcəklər”. MODERN.AZ



Xəbəri paylaş

1303 dəfə oxunub.

Digər xəbərlər