Saytımızı qiymətləndirin


 
 

Türkiyədə bu məşhurlar təriqətə qoşuldular
Tarix: 01-02-2022 | Saat: 23:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyədə bu məşhurlar təriqətə qoşuldular

Türkiyənin tanınmış cütlüyü Kadir Doğulu və Neslihan Atagül Bektaşilik təriqətinə qoşulublar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazır. Bildirilir ki, aktyor hətta “Kadir dərviş” mərtəbəsinə yüksəlib. Belə ki, bu yaxınlarda əyləncə məkanlarının birindən çıxarkən dostlarından biri Kadirə “Kadir dərviş” deyə müraciət edib. Bundan sonra Bektaşilik təriqəti sosial şəbəkədə maraq mövzusuna çevrilib.

Məlum olub ki, Kadir və Neslihandan başqa, müğənni Murad Dalkılıç, aktrisa Sitarə Akbaş, Tansel Öngel də bu təriqətə inam gətirib. Kişilər eyni təriqətdən olan qadınlara “bacı” deyə müraciət edirlər. Qrupda hər kəsin adı var: Murad Dalkılıça Keremcan, Tansel Öngelə isə Fetihcan deyilir. Təriqət üzvləri “Ata” dedikləri şəxsin sözündən çıxmır. Həmin şəxsin isə Əli Sübhi ləqəbli Əli Osmay Güre olduğu deyilir. Neslihanın “Səfirin qızı” serialından da bu səbəbdən ayrıldığı iddia edilir. 

Məlumata görə, Dalkılıç aktrisa Hande Erçeli bir dəfə dua mərasiminə aparıb. Ancaq Hande ətrafındakıların reaksiyası səbəbindən Dalkılıçla və onun dost çevrəsindən uzaqlaşıb. Dalkılıç isə “bacı” dediyi Sitarə Akbaşla münasibətə başlayıb. 


 



Xəbəri paylaş

1283 dəfə oxunub.

Digər xəbərlər