Saytımızı qiymətləndirin


 
 

Boris Conson: "Rusiyanın geri addım atması və diplomatiya yolunu seçməsi vacibdir"
Tarix: 01-02-2022 | Saat: 22:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

Boris Conson: "Rusiyanın geri addım atması və diplomatiya yolunu seçməsi vacibdir"

"Rusiyanın geri addım atması və diplomatiya yolunu seçməsi çox vacibdir və mən inanıram ki, bu, hələ də mümkündür”.

Qarabaginfo.az-ın Britnaniya bürosunun verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya Ukrayna ərazisinə keçərsə, Böyük Britaniya da digər ölkələr kimi sanksiyalar paketi hazırlayacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Boris Consonun Ukraynaya ilk səfəri dünya üçün çətin bir zamanda baş verir. Tərəflər Rusiya Federasiyasını Ukraynaya qarşı hər hansı hücumdan çəkindirəcək addımları müzakirə ediblər. B.Conson onu Ukraynanın suverenliyini dəstəkləyəcəyinə əmin edib.

V.Zelenskinin sözlərinə görə, hər iki lider Ukraynanın özünümüdafiə qabiliyyətini gücləndirmək üçün birgə işləmək barədə razılığa gəliblər.

Boris Conson əlavə edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi siyasi və humanitar fəlakət olacaq: “Fikrimcə bu həm Rusiya, həm də dünya üçün hərbi bir fəlakət olar”, - deyə Boris Conson çıxışında bildirib.



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər