Saytımızı qiymətləndirin


 
 

“Diqlas”dakı yanğına görə bağlanan yol hələ açılmayıb
Tarix: 28-03-2019 | Saat: 10:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Martın 26-da ticarət mərkəzində baş verən yanğınla əlaqədar Qara Qarayev prospekti Bəhruz Nuriyev küçəsi ilə kəsişmədən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək hərəkətə tətbiq edilən məhdudiyyət davam edir.

"Qarabaginfo" xəbər verir ki, bu barədə Modern.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar bu gün də alternativ yollarla hərəkət edir. 

Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntelektul İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir:

“Hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sxılığın yaranmaması üçün əhalidən həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyə edilir. Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarından yaranmış vəziyyəti anlayışla qəbul etmələrini xahiş edir”.



Xəbəri paylaş

512 dəfə oxunub.

Digər xəbərlər