Saytımızı qiymətləndirin


 
 

Samir Abasov: "Səfər qolunun əziyyətini çəkmişik"
Tarix: 20-04-2022 | Saat: 22:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Neftçi”nin baş məşqçisi: Bu gün bəxtimiz gətirdi - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

"İlk dəqiqədən gərginlik hiss olunurdu. İki komandada uduzmaq istənirdi. Kubokun ilk matçları əsasən bu məcrada keçir. Bu gün əsas məsələ uduzmamaq idi. Şikayət etmək istəmirik, reallıq budur. Son matçlara itkilərlə çıxırıq. Ehtiyatdakı oyunçularla bağlı problemlərimiz var. Amma indi elə dönəmdəyik ki, bu barədə düşünmürük. Bundan sonra çempionat matçına köklənəcəyik. Məqsədimiz uduzmamaq, seriyanı davam etdirməkdir. Bu yolda davam edəcəyik".

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, heyətdəki itkilər bugünkü görüşə ciddi təsir etməyib: "Amma ümumi duruma təsirsiz ötüşmür. Bu gün Voislav Stankoviç yoxdursa, deməli, problem var. Sezar Meza Kollinin yüngül zədəsi var idi. Ona görə bu gün son dəqiqələrdə ona şans verdik".

Abasov Ömər Buludovun müdafiənin mərkəzində oynamasına da toxunub: "Bu, məcburiyyətdən atılmış addım idi. Amma ikinci hissədə ən yaxşılardan idi".

Baş məşqçi legioner limiti ilə bağlı məsələdən də söz açıb: "Mənim istəyimi bilirsiniz. Bu yöndə həddindən artıq sərtəm. Azərbaycan futbolunda limit götürülməlidir. Bu, bizim inkişafımıza ziyandır. 5 əvəzetmə yaxşı variantdır. Bütün ölkələr bunu edirsə, biz niyə etməyək? Hər şeyi zaman göstərəcək".

Abasovun sözlərinə görə, komandası daha əvvəl səfər qolunun əziyyətini çəkib: "Amma bugünkü qərar düzgündür. Hər vəziyyətə uyğunlaşmaq lazımdır".

Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 29-da keçiriləcək.



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər