Saytımızı qiymətləndirin


 
 

Türkiyə hərbçiləri Ukraynada hərbi təlimlərə qatılıb
Tarix: 01-02-2022 | Saat: 16:29
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Türkiyə hərbçiləri Ukraynada hərbi təlimlərə qatılıb

“Ukrayna Ali Radası (parlament) Türkiyə ilə hərbi əməkdaşlıq sazişini bu günlərdə təsdiqləyib”.

Bunu Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın müdafiə nazirinin müavini Oleksandr Polişuk deyib.

O qeyd edib ki, bu saziş konkret proqramlar üzərində daha məqsədyönlü çalışmaq imkanı yaradır: “Bunlar təkcə silahlarla bağlı proqramlar deyil. Hazırda 26 zabitimiz Türkiyənin hərbi akademiyalarında təhsil alır. Bu da NATO proqramları üzrə kadr hazırlığına dair Silahlı Qüvvələrimiz qarşısında qoyulmuş vəzifə ilə tam üst-üstə düşür.

Türkiyə NATO-nun ən güclü ölkələrindən biri kimi bizimlə çox şeyi bölüşə bilər. Ölkəmizdə təhsil alan türkiyəli zabitlər də var. Bütün bunlar birgə təlimlər zamanı özünü müsbət tərəfdən büruzə verəcək. 2014-cü ildə Krım işğal olunarkən hərbi donanmamız az qala bütövlükdə orada qaldığı üçün bəlkə də ən çox zərər dəymiş Dəniz Qüvvələrimizin inkişafını hədəfləyən birgə korvet istehsalı proqramımız var. Başqa rabitə vasitələrinin təkmilləşdirilməsinə, satın alınmasına dair böyük proqramlarımız var. Yəni həm hərbi-texniki, həm də sırf hərbi əməkdaşlığımız geniş sahələri əhatə edir. Türkiyə hərbçiləri Ukraynada keçirilən hərbi təlimlərdə fəal iştirak edirlər. Yerigəlmişkən, son günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna üçün etdiklərinə görə minnətdarıq, bu fəaliyyətin bundan sonra da müsbət məcrada davam edəcəyinə inanırıq”.

Nazir müavini bildirib ki, Silahlı Qüvvələrinin döyüş qabiliyyətini artırmaq üçün daim yollar axtaran Ukrayna Türkiyədə istehsal olunan məhsullara da diqqət yetirir: “Amma konkret silah növlərinə dair danışıqlar ikitərəfli münasibətlərimizə aid məsələdir. Təbii ki, Türkiyə ilə məhz hərbi-texniki əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq”.



Xəbəri paylaş

312 dəfə oxunub.

Digər xəbərlər