Saytımızı qiymətləndirin


 
 

Türkiyə ilə Ukraynanın sərbəst ticarət sazişi imzalaması gözlənilir
Tarix: 01-02-2022 | Saat: 15:17
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna və Türkiyə bayraqları

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri zamanı iki ölkə arasında sərbəst ticarətə dair saziş imzalana bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Anadolu Agentliyinə açıqlamasında Türkiyə-Ukrayna İşgüzar Şurasının sədri Ruşen Çetin deyib.

O qeyd edib ki, Türkiyə-Ukrayna münasibətlərinin 30-cu ildönümünə həsr olunmuş səfər zamanı Kiyevdə 10-cu Yüksək Səviyyəli Strateji Şuranın keçirilməsi də nəzərdə tutulub: "İki ölkə arasında sərbəst ticarət müqaviləsi imzalanarsa, qarşılıqlı ticarət həcmimiz yaxın 2-3 ildə 10 milyard dollara çatacaq və bu ciddi rəqəmdir”, - deyə o bildirib.

R.Çetin, həmçinin, siyasi böhranın Rusiya, Ukrayna və Türkiyə üçbucağında həll oluna biləcəyini vurğulayıb.

"Heç kim istəməz ki, Rusiya ilə Ukrayna arasında siyasi gərginlik olsun. Bu gərginlik istər-istəməz ticarətimizə təsir göstərəcək. Hazırda ticarətimiz davam edir. Ukrayna ilə hələlik heç bir problem yoxdur. Bu məsələ Rusiya, Ukrayna və Türkiyə üçbucağında həll oluna bilər. Qara dənizdə sülhün və əmin-amanlığın təmin edilməsi Montrö sazişinə uyğun həyata keçirilir. Bu məsələdə hər iki tərəflə ən yaxşı anlaşa bilən prezident Ərdoğandır”, - Çetin əlavə edib.



Xəbəri paylaş

1270 dəfə oxunub.

Digər xəbərlər