Ana Sayfa > Karusel / Region > Türkiyə ilə Ukraynanın sərbəst ticarət sazişi imzalaması gözlənilir
Türkiyə ilə Ukraynanın sərbəst ticarət sazişi imzalaması gözlənilir1-02-2022, 15:17. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, bunu Anadolu Agentliyinə açıqlamasında Türkiyə-Ukrayna İşgüzar Şurasının sədri Ruşen Çetin deyib. O qeyd edib ki, Türkiyə-Ukrayna münasibətlərinin 30-cu ildönümünə həsr olunmuş səfər zamanı Kiyevdə 10-cu Yüksək Səviyyəli Strateji Şuranın keçirilməsi də nəzərdə tutulub: "İki ölkə arasında sərbəst ticarət müqaviləsi imzalanarsa, qarşılıqlı ticarət həcmimiz yaxın 2-3 ildə 10 milyard dollara çatacaq və bu ciddi rəqəmdir”, - deyə o bildirib. R.Çetin, həmçinin, siyasi böhranın Rusiya, Ukrayna və Türkiyə üçbucağında həll oluna biləcəyini vurğulayıb. "Heç kim istəməz ki, Rusiya ilə Ukrayna arasında siyasi gərginlik olsun. Bu gərginlik istər-istəməz ticarətimizə təsir göstərəcək. Hazırda ticarətimiz davam edir. Ukrayna ilə hələlik heç bir problem yoxdur. Bu məsələ Rusiya, Ukrayna və Türkiyə üçbucağında həll oluna bilər. Qara dənizdə sülhün və əmin-amanlığın təmin edilməsi Montrö sazişinə uyğun həyata keçirilir. Bu məsələdə hər iki tərəflə ən yaxşı anlaşa bilən prezident Ərdoğandır”, - Çetin əlavə edib. Geri dön |