Saytımızı qiymətləndirin


 
 

İlham Əliyevin səfəri bizə motivasiya verdi - AKP-dən açıqlama
Tarix: 02-03-2023 | Saat: 15:46
Bölmə:Karusel / Manşet | çapa göndər

İlham Əliyevin səfəri bizə motivasiya verdi - AKP-dən açıqlama

Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Türkiyəyə işgüzar səfər edib. Səfər zamanı Prezident türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.  

 

Görüşdə Prezident İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.  

 

Ərdoğan Türkiyəyə səfər etdiyinə, Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə prezidentə dərin minnətdarlığını bildirib.  

 

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım Prezidentin İstanbula səfəri barədə Qarabaqinfo.az-a danışıb. Modern.az

 

 

Hakim partiyanı təmsil edən deputat bildirib ki, Azərbaycan Prezidentinin qardaş ölkəyə səfəri Türkiyə xalqı üçün motivasiya olub: 

 

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri bizim üçün çox vacib idi. Türkiyədə zəlzələ olan ilk gündən bəri Azərbaycan qardaşının yardımına çatıb. Türkiyə xalqı azərbaycanlı qardaşlarından çox razıdır. Türkiyəyə edilən yardımlar təkcə dövlətdən deyil, xalqdan da gəlirdi. Azərbaycan xalqı ilk gündən etibarən Türkiyə üçün səfərbər olmuşdu. Xalqın qardaşı üçün necə yardım etdiyini təkcə biz yox, bütün dünya gördü. Azərbaycan-Türkiyə qardaşlığı bir daha bütün dünyaya nümayiş olundu.

 

Həmçinin cənab İlham Əliyevin Türkiyəyə 3-4 saatlıq gəlib dəstək mesajı verməsi bizim üçün çox vacib idi. Bu, xalqımmız üçün də motivasiya mənbəyi oldu. Çünki biz həmişə dediyimiz kimi, qardaş Azərbaycan bir yana, dünya bir yanadır. Zəlzələnin ilk günündən etibarən İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın yanında olaraq dəstək zəngləri edib. Göndərilən xilasetmə qrupu onlarla insanın həyatını xilas edib. Bunlar hamısı bizim üçün çox böyük işlərdir. Ona görə də bu dəstəyinə görə can Azərbaycana təşəkkür edirik”.  

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı isə 44 374 nəfərdir.



Xəbəri paylaş

1126 dəfə oxunub.

Digər xəbərlər