Tarix: 01-02-2022 | Saat: 13:38
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Hazırda müsəlman ölkələri qarşısında duran vəzifələrdən biri dini təhlükəsizliyin təmin edilməsidir”.
Qarabaginfo.az xəbər verir ki, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Ceyhun Məmmədov bildirib.
C. Məmmədov deyib ki, Azərbaycanda dini konvessiyalar tolerantlıq şəraitində yaşayır: “Qanuna dəyişikliklərdən biri dini qurumların qeydiyyatı ilə bağlıdır. Artıq dini icmaların qeydiyyatı ilə bağlı sənədlər birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunacaq və qeydiyyatdakı süründürməçiliyə son qoyulacaq. Digər məsələ din xadimlərinin təyinatı ilə bağlıdır. Bu gün dünya ölkələrinin əksəriyyətində din xadimləri dövlət tərəfindən təyin olunur, qanuna dəyişiklikdə də bum əqam əksini tapıb. Din xadimləri mütləq ciddi süzgəcdən keçirilməlidir. Nəhayət, Azərbaycan cəmmiyyətində uzun müddət ianələrlə bağlı müzakirələr gedir. Bu qanuna dəyişikliyin qəbulu bu sahədə də şəffaflığı təmin edəcək”.
Deputat qeyd edib ki, dinlə bağlı konsepsiyanın qəbuluna ehtiyac var: “Bakı İslam Universitetinin 3500 tələbəsi ilə bağlı problem də həllini tapmalıdır”.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev nəzərə çatdırıb ki, din dövlətin nəzarətindən kənarda qalmamalıdır: “Məscidi siyasət, oyunbazlıq məkanına çevirən mollardan, axundlardan dinimizi xilas etməliyik. Dindarların fəaliyyəti, baxışları araşdırılmalı və qanunda göstərildiyi kimi, onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunmalıdırlar”.
Digər xəbərlər