Saytımızı qiymətləndirin


 
 

Türkiyənin XİN rəhbəri ABŞ-ın Suriyada qalması üçün səbəbi olmadığını deyib
Tarix: 23-01-2026 | Saat: 22:40
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Hakan Fidan: Hazırda İŞİD məhbuslarının Suriyadan İraqa təxliyəsi gündəmdədir

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın hazırda regional məsələlərlə məşğul olmaq istəmədiyini və Suriyanın daxili problemləri həll olunduqdan sonra bölgədə qalmaq üçün bir səbəbinin olmadığını vurğulayıb.

Qarabaginfo.az xəbər verir ki, nazir bu məsələdə Türkiyənin ABŞ ilə həmfikir olduğunu bildirib.

“Suriya hökuməti İŞİD-lə mübarizədə ciddi olduğunu göstərmək üçün beynəlxalq koalisiyaya qoşuldu və bu, Vaşinqtonda imzalanan razılaşma ilə rəsmiləşdi. Sonrakı mərhələ isə bunun praktikada həyata keçirilməsi idi. ABŞ-ın yeni siyasəti regional problemlərdə birbaşa rol almamaq, məsuliyyəti bölgə ölkələrinə verməkdir və bu yanaşma bizim bölgə siyasətimizlə üst-üstə düşür. Türkiyənin İŞİD-lə mübarizədəki mövqeyi, Suriyanın ərazi bütövlüyünə verdiyi önəm və azlıqların hüquqlarına yanaşması nəzərə alındıqda, ABŞ-ın bölgədə qalması üçün əlavə bir səbəb qalmır” - Hakan Fidan qeyd edib.



Xəbəri paylaş

60 dəfə oxunub.

Digər xəbərlər