Tarix: 31-01-2022 | Saat: 18:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanda övladlığa götürməyə dair prosedurla bağlı yeni qayda müəyyənləşir.
Qarabaginfo.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürüləcək.
Eyni zamanda, övladlığa götürmənin ləğv olunması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürüləcək.
Digər xəbərlər