Saytımızı qiymətləndirin


 
 

“Haniyə idarə olunan təyyarə mərmisi ilə öldürülüb”- İran mediası
Tarix: 31-07-2024 | Saat: 10:41
Bölmə:Karusel / Dünya | çapa göndər

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranın şimalında iqamətgahına idarə olunan təyyarə mərmisinin düşməsi nəticəsində həlak olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İranın “Nournews” agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda bu terror əməliyyatının şəraiti ilə bağlı əlavə təhqiqat, xüsusən də mərminin atıldığı yerin axtarışı aparılır.

“Nournews” yazır ki, hücum yerli vaxtla saat 02:00-da baş verib.

“Fars” agentliyi yazır ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Tehranın şimalında hava zərbəsi nəticəsində öldürülüb.

Agentliyin məlumatına görə, Haniyə ölən zaman Tehranın şimalında döyüş veteranları üçün nəzərdə tutulmuş xüsusi iqamətgahda olub və bina yerli vaxtla saat 02:00-da havadan vurulub.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər