Saytımızı qiymətləndirin


 
 

Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Moskvadakı partlayışda ağır yaralanıb
Tarix: 03-02-2025 | Saat: 12:59
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Moskvadakı partlayışda ağır yaralanıb - YENİLƏNİB 1

Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Armen Sarkisyanın Moskvadakı partlayışda ağır yaralandığı məlum olub.

Qarabaginfo.az xəbər verir ki, hüquq-mühafizə orqanları Sarkisyanın partlayışda ölmədiyini, lakin ağır yaralandığını təqsidləyiblər.
Bildirilib ki, erməni batalyonunun yarıdıcısına sifarişli suqi-qəsd olub və bu, dəqiqliklə planlaşdırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən “Alıye Parusa” yaşayış kompleksində partlayış baş verib. Yaşayış kompleksinin foyesində əldəqayırma partlayıcı qurğu işə salınıb. Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Rusiyanın teleqram kanalları ölən şəxsin Ukraynada Rusiyanın tərəfində döyüşən erməni batalyonu olan “Arbat”ın yaradıcısı, qondarma Donetsk Xalq Respublikasının Boks Federasiyasının prezidenti Armen Sarkisyan olduğunu yazıblar. Daha sonra Rusiya KİV-ləri Sarkisyanın ölmədiyini, ağır yaralandığını bildiriblər.İstintaqın versiyasına görə, erməni batalyonunun yaradıcısı mühafizçəliləri ilə birlikdə yaşayış kompleksinə daxil olarkən bomba işə düşüb. 1 kiloqram tratil gücündə olan bomba yaşayış kompleksinin foyesinə ciddi zərər vurub. Verilən məlumata görə, partlayış nəticəsində yaralılanların da vəziyyəti çox ağırdır. Bu səbəbdən onların xəstəxanaya təcili çatıdırlması üçün hadisə yerinə helikopter cəlb olunub.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər
6-10-2022, 11:54 Araz Əlizadə vəfat etdi