Saytımızı qiymətləndirin


 
 

Sudanda hərbi idarəçiliyə qarşı etirazlarda bir nəfər ölüb
Tarix: 30-01-2022 | Saat: 20:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sudanda hərbi idarəçiliyə qarşı etirazlarda bir nəfər ölüb

Sudanın paytaxtında hərbi hakimiyyətə qarşı kütləvi etirazlar zamanı azı bir nəfər ölüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Sudanın Mərkəzi Həkimlər Komitəsi feysbuk səhifəsində məlumat yayıb.

Xartumda 27 yaşlı Məhəmməd Yusif İsmayıl sinəsindən aldığı ölümcül yara nəticəsində dünyasını dəyişib.

Yanvarın 30-da minlərlə sudanlı Xartum və ölkənin digər şəhərlərində mülki idarəetmə tələbi ilə yürüşə çıxıb. Etirazçıların bir hissəsi Sudanın paytaxtında yerləşən prezident sarayına doğru istiqamətlənib. Yerli polis nümayişçiləri dağıtmaq üçün səs-küylü qumbara və gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, oktyabrın 25-də ordunun hərbi müdaxiləsinə, noyabrın 21-də isə siyasi razılaşmaya qarşı çıxan minlərlə insan paytaxtın Bəhri və Umdurman rayonlarında, bəzi şəhərlərdə küçələrə axışıb. Aksiyalar zamanı polisin müdaxiləsi nəticəsində onlarla nümayişçi qazdan təsirlənib.

Ölkənin Baş naziri Abdullah Hamduq yanvarın 2-də istefaya gedib. Hökumət rəhbərinin istefaya getməsinə səbəb Sudanda davam edən siyasi böhrandır.

Sudanda etiraz aksiyaları 2021-ci ilin 25 oktyabrında başlayıb.



Xəbəri paylaş

1199 dəfə oxunub.

Digər xəbərlər