Saytımızı qiymətləndirin


 
 

Türkiyənin müdafiə naziri: “Bu gün Azərbaycanda çox önəmli təlim keçirilib”
Tarix: 24-10-2023 | Saat: 15:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə-Azərbaycan xüsusi təyinatlılarının birgə təlimi başlayıb

“1-2 saat ərzində müasir hərbin tələblərini yerinə yetirdiyinizi gördük və məmnun olduq. Hamınızla qürur duyuruq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər oktyabrın 24-də “Mustafa Kamal Atatürk - 2023” təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə şəxsi heyətə müraciətində deyib.

O bildirib ki, bu gün Azərbaycanda çox önəmli təlim keçirilib: “Təlimlərin əhəmiyyətini hər birimiz bilirik. Bu təlimləri bu il iki dəfə keçiririk. Birincisi, Türkiyə Cümhuriyyətinin 100-cü ilini qeyd edirik. İkincisi də, böyük liderimiz Heydər Əliyevin anadan olmasının yüzüncü ilidir. Ona görə də bu təlimləri iki dəfə keçiririk. Hamınızı izlədik və qürur duyduq. Allah hamınızı qorusun. Sizə uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində oktyabrın 24-də "Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyənin milli müdafiə naziri cənab Yaşar Güler, Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistan Respublikasının müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və nümayəndəsi "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak ediblər.



Xəbəri paylaş

195 dəfə oxunub.

Digər xəbərlər