Saytımızı qiymətləndirin


 
 

Rusiya Ukraynanın iki mülki xilasetmə katerini vurub, xəsarət alanlar var
Tarix: 07-06-2026 | Saat: 13:55
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya Ukraynanın iki mülki xilasetmə katerini vurub, xəsarət alanlar var

Rusiya ordusu Qara dənizdə Ukraynanın iki mülki axtarış-xilasetmə katerinə hücum edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, icmaların və ərazilərin inkişafı naziri Oleksiy Kuleba məlumat verib.

"Rusiya Ukrayna dəniz dəhlizi daxilində humanitar missiya yerinə yetirən Dəniz Axtarış-Xilasetmə Xidmətinin iki katerinə zərbə endirib. Təəssüf ki, yaralananlar var. Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqları tərəfindən təxliyə davam edir", - o bildirib.

Nazir onu da qeyd edib ki, kiçik sahil axtarış-xilasetmə katerləri beynəlxalq humanitar hüquqa əsasən xüsusi qorunma altındadır.

Məlumata görə, hər iki kater beynəlxalq hüquqa uyğun olaraq müvafiq rənglər və Axtarış-Xilasetmə mənasını verən SAR işarələri ilə işarələnib.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər
2-10-2025, 08:34 Elnur Nəsibov da getdi