Saytımızı qiymətləndirin


 
 

Hərbi vəzifələrin növbəti təlimi BAŞLAYIR 
Tarix: 05-06-2023 | Saat: 21:52
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Hərbi vəzifələrin növbəti təlimi BAŞLAYIR 

 

Cari ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakını ilə növbəti təlim toplanışı keçirilir.

 

Bu barədə Qarabaginfo.az-aMüdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, plana uyğun olaraq, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

 

Hərbi vəzifəlilərə hərbi-vətənpərvərlik mövzusunda hazırlanmış film nümayiş etdirilib.

 

Mütəmadi olaraq keçirilən toplanışın əsas məqsədi hərbi vəzifəlilərin döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər