Saytımızı qiymətləndirin


 
 

ABŞ hipersəs silahlarının yaradılmasını sürətləndirməyi planlaşdırır
Tarix: 30-01-2022 | Saat: 08:45
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ hipersəs silahlarının yaradılmasını sürətləndirməyi planlaşdırır

Pentaqonun rəhbəri Lloyd Ostin hipersəs silahlarının hazırlanmasının sürətləndirilməsi məqsədilə nəhəng müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşəcək.

Qarabaginfo.az CNN-ə istinadən xəbər verir ki, dəvət olunanlar arasında “Lockheed Martin”, “Raytheon Technologies”, “Northrop Grumman”, “Boeing”, “Leidos”, “Aerojet Rocketdyne”, “BAE Systems”, “L3Harris” və daha 6 şirkətin nümayəndələri iştirak edəcək.

Danışıqlara L.Ostinin müavini Ketlin Hiksin sədrlik edəcəyi gözlənilir. Pentaqon rəhbəri isə əvvəlcə qısa çıxış edəcək.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Rusiya Aerokosmik Qüvvələrində “Kinjal” hipersəs raketləri ilə təchis edilmiş “MiQ-31K” qırıcılarından ibarət ayrıca aviasiya polku möbcuddur.



Xəbəri paylaş

1276 dəfə oxunub.

Digər xəbərlər