Saytımızı qiymətləndirin


 
 

Ötən ay miqrasiya qanunvericiliyin pozulması ilə bağlı 877 qərar qəbul edilib
Tarix: 09-02-2022 | Saat: 18:19
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Dövlət Miqrasiya Xidməti

2022-ci ilin yanvar ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 9112 müraciət daxil olub.

Xidmətdən Qarabaginfo.az-a verilən xəbərə görə, müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 14933 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Bundan başqa, Azərbaycanda miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 877 qərar qəbul edilib.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər