Saytımızı qiymətləndirin


 
 

“Sən kimsən ki, məscidin üzərinə Azərbaycan bayrağından fərqli bayraq asırsan?!” - Deputatdan sərt tənqid
Tarix: 29-01-2022 | Saat: 00:14
Bölmə:Karusel / Sosial | çapa göndər

“Sən kimsən ki, məscidin üzərinə Azərbaycan bayrağından fərqli bayraq asırsan?!” - Deputatdan sərt tənqid

"Bütün məsələlərdə dövlətin nəzarəti olmalıdır. Biz dünyəvi dövlətik. Dünyəvi dövlətlərdə din dövlətdən ayrıdır. Yəni, dinin yeri ayrıdır, amma bir çox hallarda din dövlət üçün təhlükəyə çevrilməyə başlayır".

Qarabaginfo.az xəbər verir ki, bunu deputat Fazil Mustafa qeyd edib. 

"Ona görə yox ki, Azərbaycanda bunu istəyirlər. Xeyr! Təsəvvür edin, Azərbaycanda nə qədər xümspulu yığılır və başqa ölkəyə göndərilir. Niyə göndərilməlidir?! Bu, artıq kəşfiyyat məsələsidir. Azərbaycanda ortaya “İmam Mehdi” çıxmışdı. Nə qədər sahibkarın cənnətdə yer almaq adı ilə 30-40 min pulunu almışdı. Hətta bəzilərinin yaxınlarını da siğə etmişdi. Həmin adamı hüquq-mühafizə orqanları yaxalamışdılar. Mən faktdan danışıram. Belə cahillik olmaz", - deyə Fazil Mustafa bildirib.

Deputat ölkəmizdə məscidlərinin üzərinə Azərbaycan bayrağından başqa bayraqların asılmasını tənqid edib:

"Hansı ölkədə məscidin üzərində bayraq var?! Sən kimsən ki, məscidin üzərinə Azərbaycan bayrağından fərqli bayraq asırsan?! Dində bayraq anlayışı yoxdur. Əməvilərin bayrağı ayrıdır, Abbasilərin də bayrağı fərqlidir. O asılanlar rejimlərin bayraqlarıdır. Həmin rejimlər tarix boyu olub".

"Sən hansı rejimi tarixdən, yeddinci əsrdən gətirib buraya salırsan?! Üstəlik, digər dinlərin nümayəndələrini də qəbul etmirsən ki, bu, xristiandır, bu, yəhudidir. Səhər duranda işığı yandırıb namazını qılırsan. O zaman namaz qılmaq üçün işığı yandırma də... İşığı da bir xristian kəşf edib. O zaman telefonla danışma, dəvənin üstündə gəz də... Deməli, sən müasir dünyanın içərisindəsənsə, dini də müasir anlayışla təbliğ etməlisən. Eyni zamanda, onu yaşamalısan. Hamı bankdan kredit götürür, iş görür. Sən də dindaram, faiz götürmürəm deyirsən. Bunlar yeni dünyanın tələbləridir. Həmin qaydaları tətbiq edən, köhnəliyi əsas götürən İrana, İraqa, Əfqanıstana, Ərəbistana baxın, hansı gerçək İslamı yaşayır?!", - deyə Fazil Mustafa vurğulayıb.



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər
26-08-2021, 16:17 XİN məlumat yayıb