Tarix: 28-01-2022 | Saat: 17:52
Bölmə:Karusel / Region | çapa göndər
Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasından sonra Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması istiqamətində danışıqlar başlanıb.
Qeyd edək ki, hər iki ölkənin hökuməti bu danışıqları aparmaq üçün xüsusi nümayəndə də təyin edib.
Bəzi iddialara görə, İrəvanla Ankara arasında gedən danışıqlarda iki ölkənin quru sərhədini açması məsələsi də gündəmdədir.
Ermənistanın Qarabağın bir sıra bölgəsindən çəkilməməsi , zaman-zaman təxribatlara əl atması bu ölkənin hələ də sülh razılaşmasına hazır olmadığını göstərir.
Bəs, belə bir məqamda Türkiyə Ermənistanla quru sərhədlərini aça bilərmi?
Yenisabah.az xəbər verir ki, qardaş ölkənin Azərbaycandakı səfiri Cahid Bağcı Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb:
”Qarabağ məsələsi ilə bağlı Azərbaycanla Ermənistan arasında hansı proses gedirsə, Türkiyə də onun içindədir. Türkiyənin Ermənistanla quru sərhədini açması söhbəti isə müzakirə mövzusu deyil. Hələlik, belə bir məsələ masada yoxdur”.
Digər xəbərlər