Saytımızı qiymətləndirin


 
 

Bu şəxslərə birdəfəlik müavinət verilib
Tarix: 17-05-2024 | Saat: 10:08
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Bu şəxslərə birdəfəlik müavinət verilib

İnsan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə 120 min manat ayrılıb.


Qarabaqinfo.az-ın məlumatına görə, bu barədə İnsan alverinə qarşımübarizə üzrə Milli Koordinatorun illik məlumatımda qeyd edilib.

 

Həmçinin polis orqanları tərəfindən baxımsız, eləcə də müxtəlif səbəblərdən ailə və pedaqoji təsir vasitələrindən kənarda qalan 132 uşağa və onların valideynlərinə “Uşaq hüquqları klinikası”nda, “Uşaq və gənclərin sosial reabilitasiyası mərkəzi”ndə hüquqi, psixoloji və digər yardımlar göstərilib. 

 

İnsan alverinə qarşı mübarizə üzrə Qeyri-hökumət təşkilatları Koalisiyası ilə imzalanmış Anlaşma Memorandumunun icrasında xüsusilə fəqlənən 18 QHT nümayəndəsi Daxili İşlər Nazirliyitərəfindən pul (ümumilikdə 23 min manat) və diplomlarla mükafatlandırılmış, təqdim etdikləri ümumi dəyəri 94 min manatdan çox olan 11 layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib.

 


Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər
25-03-2021, 09:57 Neft ucuzlaşıb