Saytımızı qiymətləndirin


 
 

Paşinyanın koronavirusa yoluxması xəbəri yalan çıxdı
Tarix: 27-01-2022 | Saat: 14:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Paşinyan qədər onu hakimiyyətə gətirən Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyır - TƏHLİL
“Baş nazir Nikol Paşinyanın mütəmadi koronavirusa yoluxması siyasi dairələrdə aktiv müzakirə olunur. Bu, bəzi şübhələrə yol açıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

“Əgər Paşinyan, Baş nazir ofisinin açıqladığı kimi, infeksiyanı simptomsuz keçirirsə, sual yaranır: niyə o, koronavirusa yoluxduğunu sanıb analiz verib? Paşinyan hər hansısa əsas olmadan müayinə olunur və həkimlərə müraciət edir?”, - qəzet sual edib.

Nəşr bildirib ki, bir versiyaya görə, N.Paşinyan ya arzuolunmaz xarici səfərdən yayınır, ya da, başqa bir versiyaya görə, səbəb Ordu Gününün qeyd olunmasıdır. Yanvarın 28-də İdman-Konsert Kompleksində müharibədən qayıdanların da iştirak edəcəyi tədbir nəzərdə tutulub. “Hraparak” vurğulayıb ki, N.Paşinyanın iştirakı ilə təsirli səhnələr yaratmağa çalışıblar, lakin iştirakçılar razılaşmayıb. Ermənistan Baş naziri isə, öz növbəsində, “adi” şousuz tədbirə qatılmağı məqsədəuyğun saymır.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər