Saytımızı qiymətləndirin


 
 

İsraillilər dünyanı döyüş lazeri ilə heyrətə gətirdi...
Tarix: 08-05-2023 | Saat: 10:39
Bölmə:Karusel / Dünya | çapa göndər

İsraillilər dünyanı döyüş lazeri ilə heyrətə gətirdi...

"Döyüş lazeri pilotsuz uçuş aparatlarını və raketləri məhv edir..."

 

"Bu döyüş lazerləri nisbətən yığcamdır, onları avtomobil şassiləri və gəmilərdə quraşdırmaq mümkündür..."

 

İsrailin "Rafael Advanced Defence Systems" şirkəti Sinqapurda "İMDEX Asia 2023" sərgisində ilk dəfə olaraq yerüstü döyüş lazer qurğusunu nümayiş etdirib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə "bb.lv" nəşri məlumat yayıb.

 

Videoda "İron Beam" yerüstü qurğunun pilotsuz uçuş aparatını və raketin döyüş hissəsini məhv etdiyi görünür.

"İron Beam" sistemi Hava Hücumundan Müdafiə sisteminə qoşulur və kiçik və böyük pilotsuz uçuş aparatlarından yaxın mənzilli ballistik raketlərədək uçan obyektlərin peyda olduğu halda təhlükəsizliyi təmin edir.

Bundan  başqa, "Rafael" şirkəti sərgidə sistemin hərbi-dəniz variantını nümayiş etdirib.

O, "sonsuz sayda patronlara" malikdir, buraxılan mərmilərin döyüş hissələri qəlpələr formasında səpələnmir, istismarda sadə və etibarlıdır, asanlıqla müxtəlif qoşun qruplaşmasına inteqrasiya edir.

Lazer sulahları çoxsaylı üstünlüklərə malikdir, lakin güclü yarımkeçiricilərin və müasir optiki kommutatorların meydana çıxmasından öncə onlardan istifadə etmək çətin olub.

Kimyəvi lazerlər son dərəcə böyük, mürəkkəb,  istismarda və qulluq edilməsində hətta təhlükəli olub.

Yarımkeçiricilər və bir neçə işıq mənbəyindən koqerent şüalanmanı toplamaq qabiliyyəti nisbətən yığcam və nisbətən güclü (500 kVt-dək) avtomobil şassiləri və gəmilərdə quraşdırmaq üçün döyüş lazerləri yaratmağa imkan verib.

İsraildə "İron Beam"ın "Dəmir günbəz" milli müdafiə sisteminə inteqrasiya variantı nəzərdən keçirilir.

Analoji layihələr dünyanın ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və Rusiya kimi bütün böyük olkələrində işlənib hazırlanır.(Moderator.az)



Xəbəri paylaş

195 dəfə oxunub.

Digər xəbərlər