Tarix: 27-01-2022 | Saat: 01:26
Bölmə:Karusel / Gündəm | çapa göndər
Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.
Qarabaginfo.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə üz-üzə gəlib. Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Matçda hesabı Azərbaycan millisi açıb. Rəqibin heyətində Serxio Losano 10-cu dəqiqədə topu öz qapısından keçirib. İspaniyalılar cəmi 2 dəqiqə sonra tarazlığı bərpa ediblər. Raul Qomes qüvvətli zərbə ilə Emin Kürdovu məğlub edib. 17-ci dəqiqədə İsayev yenidən milli komandanı hesabda önə keçirib. Oyunda son nöqtəni Losano qoyub. İlk hissədə avtoqol müəllifi olan futzalçı 31-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, qrupun digər oyununda Gürcüstan seçməsi Bosniya və Herseqovinanı 2:1 hesabı ilə məğlub edib.
Digər xəbərlər