Saytımızı qiymətləndirin


 
 

Sabah 21 dərəcə isti olacaq
Tarix: 15-03-2019 | Saat: 13:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabah 21 dərəcə isti olacaq

 

 

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal-şərq, şərq küləyi əsəcək.

"Qarabaginfo" "Qafqazinfo"ya istinadən xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

 

Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək, lakin gündüzdən bəzi qərb rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 6-10 dərəcə isti təşkil edəcək.



Xəbəri paylaş

515 dəfə oxunub.

Digər xəbərlər