Çinin patrul xidmətinin iki gəmisi Senkaku adaları ərazisində Yaponiyanın ərazi sularına daxil olub.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, gəmilər səhər saatlarında Yapon balıqçı qayıqlarına yaxınlaşmağa cəhd ediblər. Yapon balıqçılarının təhlükəsizliyini təmin etmək üçün Milli Dəniz Təhlükəsizliyi Xidməti əraziyə patrul gəmiləri göndərib, həmçinin ÇXR gəmilərini Yaponiya ərazi sularını tərk etməyə çağırıb.

Qeyd edək ki, Senkaku adaları Çin və Yaponiya arasında ərazi mübahisəsinin mövzusudur. Tokioda iddia edirlər ki, Yapon tərəfi onları 1895-ci ildə işğal edib, Pekin isə bildirir ki, Yaponiyanın 1783 və 1785-ci il xəritələrində adalar Çin ərazisi kimi göstərilib. İkinci Dünya Müharibəsindən sonra Senkaku ABŞ-ın nəzarəti altında idi və 1972-ci ildə Yaponiyaya verildi.