Saytımızı qiymətləndirin


 
 

Milli Təhlükəsizlik Xidməti Sarkisyanla bağlı araşdırmaya başladı - Cinayət işi açıla bilər
Tarix: 25-01-2022 | Saat: 14:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın istefa vermiş prezidenti Armen Sarkisyanın başı qaldadır.

Modern.az saytı xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Armen Sarkisyanın prezident seçilməzdən əvvəl Sent Kitts və Nevis ölkəsinin vətəndaşlığına malik olub-olmadığını yoxlayacaq.

Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluq MTN-ə bu iş çərçivəsində “Hetq.am”-ın dünən yaydığı məlumatı yoxlamağı təklif edib.

Baş prokurorun müşaviri Qor Abramyan deyib ki, hələ 2021-ci ilin aprelində Sərkisyanın ikili vətəndaşlıq faktının saxtalaşdırılması ilə bağlı cinayət işi başlandığı nəzərə alınaraq, budəfəki araşdırma Milli Təhlükəsizlik Xidmətinə həvalə olunub.

Adı çəkilən KİV-in yazdığına görə, Armen Sarkisyan prezident seçilənə qədər (2018-ci il) Karib dənizindəki kiçik Sent Kitts və Nevis ölkəsinin vətəndaşlığına malik olub. İddia olunur ki, A.Sarkisyan xarici ölkə vətəndaşlığı daşıdığına onun prezident seçilmək hüququ yox imiş.

Xatırladaq ki, hələ 2021-ci ilin aprelində Sarkisyanın xarici vətəndaşlığının olub-olmaması ilə bağlı iş başlanmışdı. O zaman Sarkisyanın ikili vətəndaşlığa malik olması faktının gizlədilməsi ilə bağlı cinayətə dair 53 hüquqşünas hesabat təqdim etmişdi.

İndi yayılan məlumata görə, Armen Sarkisyan ən azı 10 il (2003-2012-ci illərdə) Britaniya vətəndaşlığına malik olub və 2018-ci ildə Ermənistan qanunlarından yan keçərək, prezident seçilib.

Ölkə Konstitusiyasına görə, seçkilərə qədər altı il Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.

Bir neçə gün öncə - yanvarın 23-də prezident Armen Sarkisyan istefa verib və deyib ki, Konstitusiya ona sistemli daxili və xarici siyasət problemlərinə təsir göstərməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici siyasətə, iqtisadi siyasətə, diasporla münasibətlərə təsir mexanizmlərinin yaradılacağı ilə bağlı vədlər verilib, lakin bu, baş tutmayıb.

Armen Sarkisyanın vətəndaşı olduğu bildirilən Sen-Kits və Nevis həm ərazisinə, həm əhalisinin sayına görə Karib dənizinin ən kiçik dövlətidir. Bu ölkə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçasının rəhbərlik etdiyi Millətlər Birliyinin üzvüdür.

Uzun müddət Böyük Britaniyanın müstəmləkəsi olmuş Sen-Kits və Nevis 1983-cü ildən müstəqil dövlətdir.



Xəbəri paylaş

1218 dəfə oxunub.

Digər xəbərlər