Ana Sayfa > Karusel / Gündəm > Milli Təhlükəsizlik Xidməti Sarkisyanla bağlı araşdırmaya başladı - Cinayət işi açıla bilər
Milli Təhlükəsizlik Xidməti Sarkisyanla bağlı araşdırmaya başladı - Cinayət işi açıla bilər25-01-2022, 14:35. Yazar: Admin |
Ermənistanın istefa vermiş prezidenti Armen Sarkisyanın başı qaldadır. Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb. Baş prokurorun müşaviri Qor Abramyan deyib ki, hələ 2021-ci ilin aprelində Sərkisyanın ikili vətəndaşlıq faktının saxtalaşdırılması ilə bağlı cinayət işi başlandığı nəzərə alınaraq, budəfəki araşdırma Milli Təhlükəsizlik Xidmətinə həvalə olunub. Adı çəkilən KİV-in yazdığına görə, Armen Sarkisyan prezident seçilənə qədər (2018-ci il) Karib dənizindəki kiçik Sent Kitts və Nevis ölkəsinin vətəndaşlığına malik olub. İddia olunur ki, A.Sarkisyan xarici ölkə vətəndaşlığı daşıdığına onun prezident seçilmək hüququ yox imiş. Xatırladaq ki, hələ 2021-ci ilin aprelində Sarkisyanın xarici vətəndaşlığının olub-olmaması ilə bağlı iş başlanmışdı. O zaman Sarkisyanın ikili vətəndaşlığa malik olması faktının gizlədilməsi ilə bağlı cinayətə dair 53 hüquqşünas hesabat təqdim etmişdi. Bir neçə gün öncə - yanvarın 23-də prezident Armen Sarkisyan istefa verib və deyib ki, Konstitusiya ona sistemli daxili və xarici siyasət problemlərinə təsir göstərməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici siyasətə, iqtisadi siyasətə, diasporla münasibətlərə təsir mexanizmlərinin yaradılacağı ilə bağlı vədlər verilib, lakin bu, baş tutmayıb. Geri dön |