Saytımızı qiymətləndirin


 
 

Qazaxıstan, Qırğızıstan və Özbəkistanda enerji QƏZASI - Üç ölkədə işıqlar KƏSİLDİ
Tarix: 25-01-2022 | Saat: 11:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qazaxıstanın Almatı şəhərində elektrik kəsilməsi baş verib.

Qarabaginfo.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Almatının 6 rayonunda sakinlər işıqların kəsilməsindən şikayətləniblər. Hazırda şəhərin küçələrində də işıqforlar işləmir, yollarda tıxac yaranıb.

Almatı şəhərinin rəhbərliyi bildirib ki, elektrik enerjisinin kəsilməsi KEGOC xəttində baş vermiş nasazlıqla əlaqədardı.

“Şəbəkədə gərginlik azalıb, yarımstansiyalarda açılmalar baş verib. Hazırda yenidən qoşulma işlərinə başlanılıb”, - deyə Almatı Meriyası bəyan edib.

Tengrinews.kz saytının məlumatına görə, bu gün Qırğızıstan və Özbəkistanın da bir sıra şəhərləri işıqsız qalıb


Yanvarın 25-də Qırğızıstanın paytaxtı Bişkekdə elektrik enerjisinin verilməsi kəsilib.

Sosial şəbəkələrdə vətəndaşlar işıq olmayan müxtəlif əraziləri qeyd ediblər. Qırğızıstanın Oş şəhərində də elektrik enerjisi kəsilib. Çuy vilayətinin Jayl və Moskva rayonlarının, Tokmok, eləcə də İssık-Kul vilayətinin sakinlərindən işıqların kəsilməsi ilə bağlı xəbərlər gəlib.
 

Qazeta.uz-un məlumatına görə, yanvarın 25-də səhər saat 11:00 radələrində Özbəkistan paytaxtı Daşkənddə elektrik enerjisi kəsilib. Qeyd olunur ki, Özbəkistanın enerji sistemində böyük qəza baş verib. Paytaxt sakinləri nasosların dayanması səbəbindən suyun təzyiqinin aşağı düşdüyünü bildiriblər.
 

"Sputnik Özbəkistan"ın məlumatına görə, paytaxtın bütün rayonlarında, Gülüstan, Qarşi, Səmərqənd, Buxara, Kokand, Çirçikdə elektrik enerjisi kəsilib. Nəşr bildirib ki, Daşkənd metrosu fəaliyyətini dayandırıb. Yollarda hərəkət yol polisi əməkdaşları tərəfindən tənzimlənir, çünki kəsişmələrdə artıq tıxac müşahidə olunur - işıqforlar işləmir.
 

Özbəkistanın Energetika Nazirliyi elektrik təchizatında nasazlığı təsdiqləyib və əmin edib ki, mütəxəssislər problemi aradan qaldırmaq üçün işləyirlər.



Xəbəri paylaş

233 dəfə oxunub.

Digər xəbərlər