Ana Sayfa > Karusel / Gündəm > Qazaxıstan, Qırğızıstan və Özbəkistanda enerji QƏZASI - Üç ölkədə işıqlar KƏSİLDİ
Qazaxıstan, Qırğızıstan və Özbəkistanda enerji QƏZASI - Üç ölkədə işıqlar KƏSİLDİ25-01-2022, 11:28. Yazar: Admin |
Qazaxıstanın Almatı şəhərində elektrik kəsilməsi baş verib.
Sosial şəbəkələrdə vətəndaşlar işıq olmayan müxtəlif əraziləri qeyd ediblər. Qırğızıstanın Oş şəhərində də elektrik enerjisi kəsilib. Çuy vilayətinin Jayl və Moskva rayonlarının, Tokmok, eləcə də İssık-Kul vilayətinin sakinlərindən işıqların kəsilməsi ilə bağlı xəbərlər gəlib. Qazeta.uz-un məlumatına görə, yanvarın 25-də səhər saat 11:00 radələrində Özbəkistan paytaxtı Daşkənddə elektrik enerjisi kəsilib. Qeyd olunur ki, Özbəkistanın enerji sistemində böyük qəza baş verib. Paytaxt sakinləri nasosların dayanması səbəbindən suyun təzyiqinin aşağı düşdüyünü bildiriblər. "Sputnik Özbəkistan"ın məlumatına görə, paytaxtın bütün rayonlarında, Gülüstan, Qarşi, Səmərqənd, Buxara, Kokand, Çirçikdə elektrik enerjisi kəsilib. Nəşr bildirib ki, Daşkənd metrosu fəaliyyətini dayandırıb. Yollarda hərəkət yol polisi əməkdaşları tərəfindən tənzimlənir, çünki kəsişmələrdə artıq tıxac müşahidə olunur - işıqforlar işləmir. Özbəkistanın Energetika Nazirliyi elektrik təchizatında nasazlığı təsdiqləyib və əmin edib ki, mütəxəssislər problemi aradan qaldırmaq üçün işləyirlər. Geri dön |