Tarix: 15-03-2022 | Saat: 14:42
Bölmə:Karusel / Kriminal | çapa göndər
Bakının Xəzər rayonunda 1980-ci il təvəllüdlü Elnar ailə münaqişəsi zəminində qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1986-cı il təvəllüdlü Faziləni (adlar şərti verilib – red.) qətlə yetirib.
Qarabaginfo.az-ın məlumata görə, hadisə ötən il iyulun 8-də Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib.
Elnar qısqanclıq zəminində mübahisə etdiyi Faziləyə çoxsaylı zərbələr vuraraq onu öldürüb.
İstintaq orqanı tərəfindən Elnarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnar özünü təqsirli bilib. O bildirib ki, Fazilə ilə 2007-ci ildə qeyri-rəsmi ailə həyatı qurublar: “Birgə yaşadığımız dövrdə 2011-ci ildə Əli, 2014-cü ildə isə Nailə adlı iki övladımız oldu. Fazilə ilə evliliyimizin ilk illərində Beyləqanda atamgillə birlikdə qaldıq.
Təxminən 2010-2011-ci illərdə Faziləni də özümlə Bakıya gətirdim. Binə qəsəbəsində torpaq sahəsi aldım, iki otaqlı ev tikdim. Təxminən 2015-ci ildən sonra Fazilə tez-tez evi tərk edib gedirdi. Son zamanlarda isə uşaqları məndən icazəsiz götürərək aparırd. Hara getdikləri yerləri mənə demirdirlər. Bununla bağlı mübahisə zamanı Faziləni şillə ilə vurdum. Polisdə araşdırma aparıldı, iş məhkəməyə göndərildi.
Həmin işə məhkəmədə 7 iyul 2021-ci ildə baxıldı. Fazilə məndən şikayət etmədiyindən işə xitam verildi. Yaşadığımız evlə bağlı işıq pulu borcu yarandı. ’’Azərişıq" ASC-nin əməkdaşı evin işıqlarını kəsdiyinə görə aramızda mübahisə yarandı. Mübahisə zamanı yüngül xəsarət aldım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 8-də onun xəsarət alması ilə bağlı məhkəmə prosesində “Azərişıq” ASC-nin əməkdaşı ilə barışıb, işə xitam verilib: “Həmin prosesdə Fazilə də məhkəməyə gəlmişdi. Həm də adını bilmədiyim bir kişi ilə birlikdə gəlmişdi. O, Fazilə ilə zala da girmişdi.
Məhkəmə prosesindən sonra Fazilə evə gəldi, paltarlarını götürmək üçün birlikdə qaldığımız otağa girdi. Bizim aramızda münaqişə yarandı. Pəncərənin ağzında mətbəx bıçağını götürdüm, Faziləyə xəsarətlər yetirməyə başladım. Ona neçə bıçaq zərbəsi vurmağımı bilməmişəm. Faziləni öldürmək üçün ona tez-tez bıçaq zərbələri yetirdim. Onun tərpənmədiyini gördüm, öldüyünə əmin oldum”.
Təqsirləndirilən şəxs bildirib ki, həyətə çıxıb, özünə məxsus cib bıçağı ilə intihar məqsədilə ürək nahiyəsindən bıçaqla vurub: “Bundan sonra heç nəyi xatırlamadım. Gözlərimi açanda xəstəxanada olduğumu bildim. Faziləni öldürmək məqsədi ilə vurmuşam. Övladlarım başsız qaldığı üçün çox peşmanam”.
Cinayət işi üzrə şahid qismində ifadə verən Mehdinin sözlərinə görə, mərhum Faziləni Binə qəsəbə sakini kimi tanıyıb: ”Adını hazırda Fazilə kimi bildiyim şəxs mənə özünü Mahirə kimi təqdim edib. Fazilə və ya Mahirənin hər hansı bir qohumu, yaxını ilə aramızda düşmənçilik, ədavət olmayıb. Fazilə ilə ölümündən təxminən 5-6 ay əvvəl tanış olmuşam, sevgili münasibətində olmuşuq.
Əvvəllər Fazilənin evli olduğunu bilməsəm də, münasibətlərimiz ciddiləşdikcə, mənə qeyri-rəsmi evli və iki övlad anası olduğunu dedi. Fazilənin ərini heç vaxt tanımamışam. Onunla hər hansı münasibətim olmayıb.
Faziləni həqiqətən sevmişəm və münasibətlərimiz ciddi səviyyədə davam edib. Hətta bu barədə evdə də bildirmişəm. Fazilə mənə Elnarın onu döyməsi, həmçinin Elnarla “Azərişıq” ASC əməkdaşları arasında davası barədə də danışıb. Bunlarla bağlı məhkəmədə iş getdiyini deyib”.
Şahid qeyd edib ki, Faziləni tənha buraxmaması üçün onunla birlikdə Elnarın məhkəməsinə gedib: “Məhkəmədə Elnar və Elnarın qohumları məni Fazilənin yanında gördülər. Fazilə məni oradıkalara xalası oğlu kimi təqdim eldi.
Fazilə məhkəmə prosesindən çıxdıqdan sonra evdə bəzi əşyalarını götürmək üçün Elnargillə öz evlərinə getdi. Mən də öz işimlə məşğul olmağa başladım. Həmin gün Binə qəsəbəsində adam öldürüldüyünü eşitsəm də, fikirləşmədim ki, Elnar Faziləni öldürsün. Bir gün sonra danışılanlardan hər şeyi bildim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Elnar 14 il müddətinə azadlıqdan məhrum edilib.
Digər xəbərlər