Saytımızı qiymətləndirin


 
 

Armen Sərkisyanın istefasına Rusiyadan reaksiya: “Görünür müəyyən proseslərlə razılaşmayıb”
Tarix: 24-01-2022 | Saat: 08:22
Bölmə:Karusel / Region | çapa göndər

“Armen Sərkisyan istefa verdikdən sonra da Ermənistanın xarici siyasəti, o cümlədən Rusiya ilə münasibətlər dəyişməyəcək”.

Qarabaginfo.az xarici agentliklərə istinadən xəbər verir ki, bu cümlə Rusiya Dövlət Dumasının deputatı, parlamentin MDB və Avrasiya inteqrasiyası işləri üzrə komitəsinin sədr müavini, hakim “Vahid Rusiya” partiyasının üzvü Viktor Vodolatskiyə məxsusdur.

Viktor Vodolatski Ermənistan prezidentinin onsuz da ölkənin xarici siyasətinə və daxili gündəminə ciddi təsir göstərmədiyini qeyd edib.

“Bütün güc və vasitələr baş nazirin əlindədir. Güman ki, prezident Ermənistan ərazisində baş verən və ya verəcək bəzi məsələlərlə, daxili proseslərlə razılaşmayıb”, deyə Dövlət Dumasının deputatı “TASS” agentliyinə verdiyi müsahibədə söyləyib.(musavat.com)



Xəbəri paylaş

1324 dəfə oxunub.

Digər xəbərlər