Saytımızı qiymətləndirin


 
 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb
Tarix: 22-01-2022 | Saat: 12:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində ötən illə müqayisədə 2021-ci il ərzində 37 hadisə artaraq 197 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin qeydə alındığı bildirilib.

Qeyd olunub ki, bu qəbildən olan cinayət işlərindən 100-ü məhkəməyə göndərilib, hadisəni törədən şəxsin ölməsi səbəbindən 50 iş üzrə icraata xitam verilib. Şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluq orqanlarının icraatında olan 770 işdən 368-i, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 13 401 cinayət işindən 6 072-nin istintaqı tamamlanıb. Onlardan polis orqanları tərəfindən 4 632, prokurorluq orqanları tərəfindən 188 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib, bu da həm miqdar olaraq, həm də faiz nisbətində 2020-ci ilə nisbətən müsbət göstəricilərdir.

Həmçinin, şəhərin prokurorluq orqanlarında 180 cinayət işinin icraatına xitam verilib, 202 işin icraatı dayandırılıb. Daxili işlər orqanlarında isə 1 440 işin icraatına xitam verilmiş, 2 977 işin icraatı isə dayandırılıb.

Hesabat dövründə prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulan 4.275.458 manat maddi ziyandan 756.684 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 33.510.697 manat məbləğində maddi ziyanın 21.069.713 manatı ödənilib.

2021-ci ildə Bakı şəhər prokurorluq orqanları üzrə inzibati xətalar haqqında işlər üzrə 219 inzibati icraat başlanılması haqqında qərar qəbul edilib.



Xəbəri paylaş

247 dəfə oxunub.

Digər xəbərlər
17-09-2022, 12:30 Ərdoğan ABŞ-a getdi