Tarix: 21-01-2022 | Saat: 19:22
Bölmə:Karusel / Gündəm | çapa göndər
"İlk gündə taktiki hazırlığa, xüsusən də standart vəziyyətlərə çox vaxt sərf etdik".
Qarabaginfo.az-ın məlumatına görə, bunu futzal üzrə Gürcüstan millisinin baş məşqçisi Avtandil Asatiani Avropa çempionatının final mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri D qrupunun ilk tur matçı barədə yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis ilk dəfə vəsiqə qazandıqları turnirdə tarixi oyuna hazır olduqlarını bildirib: "Necə hazırlaşmışıqsa, elə də nəticə qazanacağıq. Uşaqlar bizi necə vacib görüşün gözlədiyini anlayırlar".
Asatianinin sözlərinə görə, ilk oyunlar hər zaman böyük əhəmiyyət kəsb edir: "Sabah bir daha belə oyunlar üçün nəzərdə tutduğumuz taktiki tapşırıqlar üzərində işləyəcəyik. Hesab edirəm ki, biz yanvarın 22-sini simvolik tarixə çevirməyə hazırıq".
Qeyd edək ki, Gürcüstan - Azərbaycan matçı Bakı vaxtı ilə 17:30-da başlayacaq.
Digər xəbərlər