Tarix: 08-12-2022 | Saat: 18:28
Bölmə:Karusel / Manşet | çapa göndər
Azərbaycanın digər ölkələrlə ticarət sazişlərini artırması çox vacibdir.
Qarabaginfo.az xəbər verir ki, bunu "Azərbaycan: Ölkə üzrə İqtisadi Memorandumu"nun ADA Universitetində müzakirəsi zamanı Dünya Bankının Baş qərargahda Makroiqtisadiyyat, ticarət və investisiyalar praktikasının meneceri Antonio Nusifora deyib.
"Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. 2004-cü ildən başlayan danışıqlar hələ də davam etməkdədir. Azərbaycan ÜTT-yə üzvlük əldə etməklə bir çox üstünlüklərdən faydalana bilər. Qaydalara əsasən ticarət sektoruna investisiyalar artırıla bilər. Bu, eyni zamanda ticarət sazişləri üçün imkanlar yaradır. Azərbaycanın Türkiyə, Ukrayna və MDB ölkələri ilə ticarət sazişləri var. Bu sazişlərin digər ölkələrlə artırılması olduqca vacib məqamlardır"- deyə A. Nusifora əlavə edib.
O həmçinin qeyd edib ki, Azərbaycana birbaşa investisiyaların 80%-i enerji sektoruna yönəldilir. Bu da o deməkdir ki, bu istiqamətdə siyasət dəyişdirilməlidir.
Digər xəbərlər