Ana Sayfa > Karusel / Gündəm > Avtandil Asatiani: "Azərbaycan millisi ilə tarixi oyuna hazırıq"

Avtandil Asatiani: "Azərbaycan millisi ilə tarixi oyuna hazırıq"


21-01-2022, 19:22. Yazar: Admin

Avtandil Asatiani: Azərbaycan millisi ilə tarixi oyuna hazırıq

"İlk gündə taktiki hazırlığa, xüsusən də standart vəziyyətlərə çox vaxt sərf etdik".

Qarabaginfo.az-ın məlumatına görə, bunu futzal üzrə Gürcüstan millisinin baş məşqçisi Avtandil Asatiani Avropa çempionatının final mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri D qrupunun ilk tur matçı barədə yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis ilk dəfə vəsiqə qazandıqları turnirdə tarixi oyuna hazır olduqlarını bildirib: "Necə hazırlaşmışıqsa, elə də nəticə qazanacağıq. Uşaqlar bizi necə vacib görüşün gözlədiyini anlayırlar".

Asatianinin sözlərinə görə, ilk oyunlar hər zaman böyük əhəmiyyət kəsb edir: "Sabah bir daha belə oyunlar üçün nəzərdə tutduğumuz taktiki tapşırıqlar üzərində işləyəcəyik. Hesab edirəm ki, biz yanvarın 22-sini simvolik tarixə çevirməyə hazırıq".

Qeyd edək ki, Gürcüstan - Azərbaycan matçı Bakı vaxtı ilə 17:30-da başlayacaq.


Geri dön