Tarix: 21-01-2022 | Saat: 18:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər davam edir.
Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov dövlət sərhədinin Kəlbəcər-Laçın istiqamətində yeni inşa olunaraq şəxsi heyətin istifadəsinə verilən modul tipli infrasturuktura baxış keçirib.
Bildirilib ki, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması üçün bütün lazımi şərait yaradılıb. Burada istilik avadanlığı ilə təchiz edilmiş yataqxana, silah otağı, yeməkxana, mətbəx, ərzaq anbarı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.
General-leytenant N.Osmanov döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı Müdafiə nazirinin müvafiq göstərişlərini komandir heyətinin diqqətinə çatdırıb.
Digər xəbərlər