Saytımızı qiymətləndirin


 
 

Sabahın hava proqnozu - YAĞMURLU...
Tarix: 18-08-2023 | Saat: 14:21
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Sabahın hava proqnozu - YAĞMURLU...

Bakıda və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Qarabaqinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

 

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

 

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər
16-01-2024, 11:54 Prezident Lənkərana getdi