Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda unikal əməliyyat - hemodializ xəstəsinə böyrək köçürüldü
Tarix: 16-10-2017 | Saat: 10:36
Bölmə:Karusel / Sosial | çapa göndər

Azərbaycanda daha bir unikal əməliyyat həyata keçirilib. Əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində “Böyrək Xəstəlikləri və Transplantasiya” Mərkəzində icra olunub.

Dəfələrlə uğursuz əməliyyatlar keçirən 47 yaşlı Ağa Bağırova texniki cəhətdən çox mürəkkəb olsa da, yaxın qohumunun böyrəyi köçürülüb.

 

Qarabaginfo modern.az- istinadən məlumat verir, əməliyyatı icra edən Mərkəzin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev məlumat verib:

“Xəstə uzun illərin hemodializ xəstəsi idi və böyrək transplantasiyası üçün müraciət etdiyi bütün mərkəzlərdə xəstədən imtina etmişdilər. Əməliyyatın mürəkkəbliyi də məhz xəstənin dəfələrcə uğursuz əməliyyat keçirməsində idi. Komandamızla bərabər bu əməliyyatı da uğurla icra etdik və hazırda xəstənin vəziyyəti yaxşıdır, heç bir fəsad yaşanmamışdır”.

 



Xəbəri paylaş

615 dəfə oxunub.

Digər xəbərlər